Argentinada Xavyer Miley hökumətinə qarşı keçirilən etiraz aksiyalarında 12 nəfər saxlanılıb.
Bakıvaxtı.az yerli KİV-ə istinadən xəbər verir ki, yüzlərlə insan paytaxt Buenos-Ayresdəki 9 İyunun Bulvarında toplaşaraq hökumətin iqtisadi siyasətlərinə etiraz ediblər.
Polis onlara daşla hücum edən etirazçılara gözyaşardıcı qaz və təzyiqli su ilə cavab verib.
Etirazçılardan bir neçəsi yaralanıb.
Qeyd edək ki, Xavyer Mileyprezident seçkilərində qələbə çaldıqdan sonra solçu qruplar və həmkarlar ittifaqları tərəfindən tez-tez etirazlara məruz qalıb.
Günəş Mərd
Etiraz aksiyalarında 12 nəfər saxlanıldı
HADİSƏ
12 Aprel 2024 | 11:20

SON XƏBƏRLƏR
17:24
14:29
13:25
13:20















