• Bakı 20° C

    2.51 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

“Eurovision-2021” yeni formatda keçiriləcək

MƏDƏNİYYƏT

02 Mart 2021 | 18:00

“Eurovision-2021” yeni formatda keçiriləcək

"Eurovision-2021" beynəlxalq mahnı müsabiqəsi bu il məhdud formatda keçiriləcək, nümayəndə heyətlərinin tərkibi azaldılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə tədbirin təşkilat komitəsi məlumat yayıb.

Qeyd edilib ki, Rotterdamda baş tutacaq yarışmanın yeni qaydaları epidemioloji vəziyyət və koronavirus infeksiyasının yayılması ilə əlaqədardır.

Digər ölkələrdən olan “Eurovision” qonaqlarına Niderlanda yola düşməzdən beş gün əvvəl özlərini təcrid etmələri tövsiyə ediləcək, uçuşdan maksimum 72 saat əvvəl isə mənfi koronavirus testi olmalıdır.

Nümayəndə heyətlərindən məşqdə olmadıqları və ya şouda iştirak etmədikləri vaxtda oteldə qalmaları tələb olunacaq. Səhnə işçiləri, sənətçilər və jurnalistlər mütəmadi olaraq koronavirus testi verəcəklər.

Bundan əlavə, səhnədə yarışmanı yalnız 500 jurnalist izləyə biləcək, daha 1000 jurnalist isə onlayn mətbuat mərkəzində fəaliyyət göstərəcək.

May ayında keçiriləcək yarışmaya tamaşaçıların qatıla biləcəyi hələ məlum deyil.(azvision.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026