• Bakı C

    12.21 m/s

  • USD - 1.7

    EUR - 1.8507

    RUB - 0.0182

"Evdə 52 nəfər qızıma baxır" - Sevda Yahyayeva

MƏDƏNİYYƏT-ŞOU

30 Yanvar 2023 | 14:08

Evdə 52 nəfər qızıma baxır - Sevda Yahyayeva

Müğənni Sevda Yahyayeva “Səhər mərkəzi” verilişində qonaq olub.

Bakıvaxtı.az xəbər verir ki, ana olduqdan sonra ilk dəfə efirə çıxan ifaçı qızı Ayla ilə bağlı sualları cavablayıb.

“Ötən şənbə Aylanın 40 günü tamam oldu. Ona fotosessiya etdirmək istəyirəm. Sosial şəbəkə izləyicilərim yazırlar ki, Aylanı görmək istəyirik. İnşallah, gözəl fotolar çəkdirəndən sonra sosial şəbəkə hesabımda paylaşacağam. Qızım daha çox atası Zakirə oxşayır.

Ayla dünyaya gəlməmişdən əvvəl ultrasəs aparatı ilə çəkilən şəkillərənə baxdıqda deyirdik Zakirə bənzəyir. Dünyaya gəldi, gördük ki, həqiqətən elə Zakirə oxşayır. Qızım yatanda da öz rahatlığını fikirləşir. Əlini başının altına qoyub yatır. Bu hissləri yaşamayanlara arzu edirəm. Sözlə ifadə etmək olmur. Evdən çıxanda da fikrim qalır, görəsən Ayla neynir? Baxmayaraq ki, evdə 52 nəfər var, hamısı da ona baxır. Amma yenə də fikrim qızımın yanında qalır” deyə, Sevda bildirib.

Qeyd edək ki, Sevda həkim-genetik Zakir Bayramovla ailə qurub. Cütlüyün övladı ötən ilin dekabrında dünyaya gəlib.


SON XƏBƏRLƏR

18 Mart 2024