• Bakı 12° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Evliliyə hazırsınız?

CƏMİYYƏT

25 Iyun 2023 | 17:53

Evliliyə hazırsınız?

Cütlüklər həmin o böyük gün üçün aylar öncədən hazırlığa başlayırlar. Xərclənən zaman və maliyyə yanında yorğunluq deyərkən, evlilik gözünüzdə böyümüş ola bilər. Bəlkə də partnyorunuzla bütün bu əziyyətlərə dəyəcək ömür sürəcəksiniz? Bəs siz özünüz evliliyə hazırsınızmı?

Bakıvaxtı.az dünya alimlərinin evliliyə hazır olmayanlarla bağlı araşdırmasını sizlərə təqdim edir.

Azadlıqistəyirsinizsə

Hər birimizin bəzən tək qalmağa və qərarlar almağa haqqı var. Ancaq bir dəfə evləndikdən sonra həm özümüzlə, həm də ailə qurduğumuz şəxslə qərarlaq almalıyıq. Əgər bunu stabil saxlaya bilmirsinizsə, yalnız öz azadlığınızı və özünüzü düşünürsünüzsə demək ki, evliliyə hazır deyilsiniz.

Pul məsələləri

Evlənəcəyiniz şəxslə maddi məsələləri danışmamısınızsa, deməli evliliyə hazır deyilsiniz. Subay olan şəxslər adətən qazanclarını şəxsi istifadə üçün sərf edirlər. Lakin, evlənəndə bu dəyişir. Həm həyat yoldaşınız, həm də övladlarınız üçün qazancınızı bölmüş olursunuz. Maddi məsələlərdə həyat yoldaşınızına güvənməlisiniz. Əgər öz gəlirinizi onunla bölüşməyə özünüzü hazır hiss etmirsizsə evlənmək doğru addım hesab olunmur.

Güvən problemi

Bir münasibətin möhkəm təməlinin olmağı onun uzun ömürlü olmağı deməkdir. Bu təməli sevgi ilə yanaşı güvənlə də qurmaq lazımdır. Bəs siz qarşınızdakı şəxsə güvənirsinizmi? Bəzən insanlar güvənlə bağlı problem yaşayır və o zamandan sonra heç kəsə qarşı bir daha o hissi yaşamaq istəmir. Lakin, ailə qurduğunuz şəxsə güvənmək mütləqdir. Çünki, siz onunla eyni evi, eyni süfrəni bölüşəcəksiniz. Əgər sevgilinizə qarşı güvən hissi yoxdursa, onun sizi aldadacağını düşünürsünüzsə bu münasibəti nəyinki evlilik, sevgili kimi də davam etdirməyə ehtiyac yoxdur.

Doğru insanla qarşılaşmaq

Evlənəcəyiniz insan sizin qalan ömrünüzdə yaxşı və pis gündə birlikdə olacağınız insandır. Doğru insan sizin xarakter və tələblərinizi qəbul edən şəxsdir. Sanki onunla tamamlanırsınız. Əgər evlənəcəyiniz şəxsin sizin digər yarınız olduğuna əmin deyilsinizsə imza atmağa dəyməz. Doğru insanla evlənmək bir ömür xoşbəxt olacağınızın zəmanətidir.

Evlənəcəyiniz şəxslə əyləncəli zaman keçirməyi bacarmalısınız. Yalan isə təməli sarsıldan bir məfhumdur. Partnyorunuza yalan danışmayıb, fikirlərinizi paylaşmağı bacarırsınızsa evlənmək barədə düşünə bilərsiniz.
Yuxarıda sadalananlardan əmin deyilsinizsə, evlilikdə kəməri taxmamış avtomobil idarə edirmiş kimi hiss edəcəksiniz.

Xəyalə Rza

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026