• Bakı 24° C

    4.2 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Naxçıvanda yeni tibb müəssisələri yaradıldı

CƏMİYYƏT

25 Iyul 2023 | 15:52

Naxçıvanda yeni tibb müəssisələri yaradıldı

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən muxtar respublikada səhiyyə xidmətləri sahəsində keyfiyyətin artırılması, idarəetmənin təkmilləşdirilməsi, operativliyin və əlçatanlığın təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində yeni tibb müəssisələri yaradılıb.

Bakıvaxtı.az xəbər verir ki, yeni yaradılan Naxçıvan Muxtar Respublikasının QİÇS-lə Mübarizə Mərkəzi Naxçıvanda QİÇS-lə mübarizə sahəsində QİÇS-lə müalicənin əlçatanlığını və fasiləsiz təmin edilməsini nəzərə alaraq İİV-ə yoluxma hallarının azalması istiqamətində işlər aparmaq və QİÇS-ə yoluxmuş şəxslərin müalicəsini düzgün həyata keçirmək, İİV-lə yaşayan insanlara qarşı ayrıseçkilik hallarının qarşısının alınması üçün hər cür şəraitin yaradılması, QİÇS-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsi məqsədilə yaradılıb.

***

Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin və onun rayon şöbələrinin əsasında İctimai Səhiyyə Xidməti yaradılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən, profilaktik tədbirlərin həyata keçirilməsi, yoluxucu xəstəliklərin qarşısının alınması, gənclərin fiziki sağlamlığının təşviq edilməsi, ətraf mühitin risklərindən qorunmasının artırılmasına diqqət göstərilmiş, səhiyyə sistemində islahatların aparılmasında irəliyə doğru atılmış bir addım kimi Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin və onun rayon şöbələrinin əsasında İctimai Səhiyyə Xidməti yaradılıb.

İctimai Səhiyyə Xidmətində xəstəliklərin yaranma səbəbləri və mexanizmlərini, yayılmasını öyrənməklə və profilaktik tədbirlər vasitəsilə insanların sağlamlığının qorunmasını, əmək qabiliyyətinin, həyat keyfiyyətinin yüksəldilməsini və ömrünün uzadılmasını təmin etməklə yanaşı, tibb müəssisələri üçün standartların hazırlanması, pasiyentlərin təhlükəsizliyi üzrə sosial gigiyenanın əhəmiyyətinin insanlara düzgün çatdırılması məqsədilə müxtəlif istiqamətlərdə xidmətlər göstəriləcək.

***

Naxçıvan Muxtar Respublikası Hemodializ Mərkəzi publik hüquqi şəxsi və Tibbi Xidmətin Keyfiyyətinə Nəzarət və Akkreditasiya Mərkəzi publik hüquqi şəxsi yaradılıb.

Hemodializ Mərkəzinin yaradılmasında məqsəd muxtar respublikada dializdən asılı olan, böyrək çatışmazlığından əziyyət çəkən vətəndaşlarımızın keyfiyyətli tibbi xidmətlərdən faydalanmasına şərait yaradılmasıdır.

Eləcə də bu qurum hemodializ xidmətinin yenidən təşkil edilməsi, adekvat səviyyəli personalla komplektləşdirilməsi, dializ parametrlərinin düzgün təyin olunması, idarəetmənin təkmilləşdirilməsi, lazımi maddi-texniki bazanın yaradılması məqsədi ilə yaradılıb.

Bundan əlavə, Tibbi Xidmətin Keyfiyyətinə Nəzarət və Akkreditasiya Mərkəzinin yaradılmasında məqsəd muxtar respublikada tibbi yardımın keyfiyyət göstəricilərini və bu göstəricilərin qiymətləndirilməsi metodlarını təkmilləşdirmək və işin səmərəliliyini təhlil etmək, peşəkar kadrlar formalaşdırmaq, bilik və bacarıqların artırılmasıdır.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026
12 Sentyabr 2026