• Bakı 26° C

    3.87 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Qaxda 1,4 ton narkotik tərkibli bitki məhv edildi

CƏMİYYƏT

24 Avqust 2023 | 15:45 | Müəllif: Subhan Mahmudov

Qaxda 1,4 ton narkotik tərkibli bitki məhv edildi

Qaxda 6 mindən artıq narkotik tərkibli bitki məhv edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının və Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının birgə keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Keçirilən tədbir zamanı Almalı kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 1 ton 417 kiloqram olan 6230 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026