• Bakı 27° C

    3.49 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Bu il nələrin qiymətində ucuzlaşma ola bilər?

CƏMİYYƏT

16 Yanvar 2024 | 14:17

Bu il nələrin qiymətində ucuzlaşma ola bilər?

2023-cü ilin dekabr ayında əvvəlki aya nisbətən Azərbaycanda bahalaşan və ucuzlaşan məhsulların siyahısı açıqlanıb.

Dövlət Statistika Komitəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, bahalaşma yumru düyünün, təzə balığın, pasterizə olunmamış üzlü südün, yumurtanın, zeytun yağının, narın, naringinin, üzümün, heyvanın, xurmanın, almanın, bananın, qozun, fındığın, xiyarın, pomidorun, sarımsağın, soğanın, balqabağın, limonadın qiymətində olub.

Ucuzlaşma isə əsasən qarabaşaq və manna yarmasının, çörəyin, mal və qoyun ətinin, kəsmiyin, süfrə marqarininin, qarğıdalı və günəbaxan yağlarının, portağalın, limonun, kələmin, yerkökünün, çuğundurun, kartofun, şəkər tozunun qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Qeyd edək ki, 2023-cü ilin dekabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,0 faiz, əvvəlki ilin dekabr ayına nisbətən 102,7 faiz təşkil edib.

2024-də qiymətlər necə ola bilər?

Azad İstehlakçılar İctimai Birliyinin (AİİB) sədrii Eyyub Hüseynov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, bu il heç bir ərzaqın ucuzlaşacağını gözləmirik:

“2023-cü ildə ən nəzərəçarpan ərzaq ucuzlaşması əriyin qiymətində oldu. Çünki ərik bol oldu. Son 20 ildə ilk dəfə əriyin qiyməti aşağı idi. Başqa ölkələrdə duru yağ və şəkər tozunun qiymətinin yuxarı olmasına baxmayaraq, Azərbaycanda bunun ciddi istehsalçısı var. Həmin istehsalçı qiymətin sabit qalmasına nail oldu. Dünya bazarındakı vəziyyətə nisbətən, Azərbaycanda şəkər tozu və duru yağın qiyməti aşağı oldu”.

Eyyub Hüseynov bildirib ki, Beynəlxalq təşkilatların verdiyi məlumata görə, 2024-cü ildə ərzaq qiymətləri ucuzlaşacaq:

"Azərbaycan bazarı nəzəri cəhətdən dünya bazarına inteqrasiya olmuş olsa da, tətbiqi cəhətdən elə deyil. Azərbaycan bazarı monopoliya inhisarçı və kartel sövdələşmələrinin əlindədir. Cənab prezident dəfələrlə iqtisadi yığıncaqlarda deyib ki, ölkədə inhisarçılıq var. 10 ilə yaxındır ki, Antiinhisar Məcəlləsi də qəbul olunmur. Biznes adamları bu şəraitdən istifadə edərək qiyməti daha da qaldırır. Azərbaycanda bir dəfə qalxan qiymət bir daha enmir”, - deyə müsahibimiz qeyd edib.

Ekspert vurğulayıb ki, 2024-cü ildə də qiymətlərin yuxarı qalxan səviyyədə olacağını gözləyir:

“Hazırda dünya bazarında bəzi məhsulların qiyməti aşağı düşür, Azərbaycan bazarı isə buna reaksiya vermir. Bunu ümumdünya maliyyə böhranında da gördük. Böhran zamanı hər yerdə qiymət düşdü bizdə isə buna qarşı reaksiya olmadı. Lakin qiymətlər qalxanda tez reaksiya veririk. Bu, istehlakçı maraqlarına zidd situasiyadır”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026