• Bakı 24° C

    5.3 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Eyyub Hüseynovdan ictimai şuralara SƏRT İTTİHAM 

CƏMİYYƏT

11 Yanvar 2023 | 12:21 | Müəllif: Qalib İbrahimoğlu

Eyyub Hüseynovdan ictimai şuralara SƏRT İTTİHAM

“Bir çox qurumlar saxta şuralar yaratmaqla cənab Prezidentin ictimai nəzarətə dair çağırışlarına kölgə salır və aldadırlar”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib.

Onun sözlərinə görə, ilyarımdan artıqdır ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi yanında İctimai Şura yaradılıb. E.Hüseynov qeyd edib ki, rəhbəri olduğu Azad İstehlakçılar Birliyi də həmin Şuranın üzvüdür. Bununla belə, AİB sədri AQTA yanında İctimai Şuranı ən effektsiz işləyən şuralardan biri kimi dəyərləndirir.

"Demək olar ki, Şuranın AQTA-nın mətbəxində gedən işlərdən, kollegiyanın qəbul etdiyi qərarlardan xəbəri yoxdur. Son dönəmlərdə heç Şuranın iclası da keçirilmir" deyən Eyyub Hüseynov bildirib ki, ümumiyyətlə, bəzi qurumlar saxta şuralar yaratmaqla dövlət başçısının ictimai nəzarətə dair çağırışlarına kölgə salır və aldadırlar.

"Biz Azad İstehlakçılar Birliyi olaraq bu vəziyyətə etiraz edirik”, - deyə Eyyub Hüseynov vurğulayıb.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026