• Bakı 12° C

    2.05 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

Fəzail Ağamalı VƏFAT ETDİ - YENİLƏNİB

CƏMİYYƏT

09 Fevral 2026 | 22:18

Fəzail Ağamalı VƏFAT ETDİ - YENİLƏNİB

Milli Məclisin sabiq deputatı, Ana Vətən Partiyasının keçmiş sədri Fəzail Ağamalının nəşi bu gecə ölkəyə gətiriləcək.

Bakıvaxtı.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə mərhumun oğlu Elçin Ağamalı məlumat verib.

O bildirib ki, hazırda mərhumun harada dəfn ediləcəyi müəyyənləşməyib.

Xatırladaq ki, 78 yaşlı mərhum siyasətçi axşam saatlarında Türkiyədə dünyasını dəyişib.

 

19:44

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib.

Bakıvaxtı.az Manset.az-a istinadən xəbər verir ki, o Türkiyədə vəfat edib.

Fəzail Ağamalının qızı millət vəkili Günay Ağamalı faktı təsdiq edib.

Qeyd edək ki, Fəzail Ağamalı 35 il Ana Vətən Partiyasına sədrlik edib. Bir neçə ay öncə isə həmin partiyanın sədri olmaq uğrunda övladları arasında münaqişə baş vermişdi.


SON XƏBƏRLƏR

03 Aprel 2026