• Bakı 11° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

FHN güclü küləklə əlaqədar əhaliyə təkrar müraciət edib

CƏMİYYƏT

04 Aprel 2024 | 10:26 | Müəllif: Subhan Mahmudov

FHN güclü küləklə əlaqədar əhaliyə təkrar müraciət edib

Güclü küləkli havada yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə hazırda ölkə ərazisində müşahidə edilən güclü küləklə əlaqədar Fövqəladə Hallar Nazirliyinin əhaliyə təkrar müraciətində qeyd olunub.

Nazirlik əhalini müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb:

"Güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, belə hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir", - deyə məlumatda qeyd olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026