• Bakı 15° C

    7.38 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

FHN-in nəqliyyat vasitələri Qarabağa göndərildi

CƏMİYYƏT

28 Sentyabr 2023 | 10:27

FHN-in nəqliyyat vasitələri Qarabağa göndərildi

Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində ehtiyat yanacaq çənləri parkında baş vermiş yanğın 2023-cü il sentyabrın 26-da əraziyə göndərilən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası məlumat yayıb.

Qeyd edilib ki, hadisə ilə əlaqədar ərazidə axtarış-xilasetmə və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə 2023-cü il sentyabrın 27-də FHN-in növbəti 10 xüsusi təyinatlı nəqliyyat vasitəsi 50 nəfərdən ibarət şəxsi heyətlə Ağdam-Əsgəran-Xankəndi yolu ilə yola salınıb və artıq onlar tərəfindən müvafiq işlər həyata keçirilir.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR