• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Filippində torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 68-ə çatıb

DÜNYA

12 Fevral 2024 | 23:28 | Müəllif: Subhan Mahmudov

Filippində torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 68-ə çatıb

Filippinin cənubundakı Davao de Oro əyalətində baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 68-ə çatıb, 51 nəfər isə hələ də itkin sayılır.

Bakıvaxtı.az xəbər verir ki, yerli səlahiyyətlilər ölənlərin cəsədlərinin axtarışlarının davam etdiriləcəyini bildiriblər.

Xilasedicilər torpaq sürüşməsindən sonra keçən təxminən bir həftənin ardından kiminsə sağ tapılacağını gözləmirlər. Sonuncu sağ aşkar edilərək xilas edilən şəxs fevralın 9-da dağıntılar altından çıxarılmış 3 yaşlı qızdır. Uşaq 60 saata yaxın qaya və torpaq kütləsi altında qalıb.

Təxminən 9 hektara yaxın ərazidə aparılan axtarışlara yüzlərlə insan və ağır texnika cəlb olunub. Sürüşmənin hündürlüyü 30-50 m arasında ola bilər.

Xatırladaq ki, torpaq sürüşməsi fevralın 6-da baş verib və 50-dən çox evin və yerli qızıl mədəni şirkətinin işçilərini daşıyan avtobusların torpaq və qaya qırıntıları altında qalması ilə nəticələnib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026