• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Finlandiya XİN: “NATO-ya üzv olmağa tələsmirik”

DÜNYA

09 Yanvar 2023 | 00:27 | Müəllif: Subhan Mahmudov

Finlandiya XİN: “NATO-ya üzv olmağa tələsmirik”

Finlandiya NATO ölkələri İsveçin alyansa qoşulmaq üçün müraciətini təsdiq edənə qədər gözləmək niyyətindədir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə bazar günü Finlandiyanın xarici işlər naziri Pekka Haavisto “Xalq və Müdafiə” konfransı başlamazdan əvvəl bildirib.

“Finlandiya mümkün qədər tez NATO-ya üzv olmağa can atmır. Ona görə də İsveç müvafiq siqnal alana qədər gözləyə bilərik”, - o deyib.

Xarici işlər nazirinin sözlərinə görə, Finlandiya və İsveç Şimali Atlantika Alyansına qoşulma prosesini birlikdə başa çatdıracaqlar. Hazırda NATO-nun 30 üzvündən 28-i (Macarıstan və Türkiyə istisna olmaqla) iki ölkənin ərizələrini ratifikasiya edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR