“Lap qəribə də səslənsə deyəcəm. Agız-burnundan süd qoxusu gələn uşaqların əvəzinə döyüşə müəyyən bir təcrübəli, yaşlı adamları da göndərmək olar”.
Bakıvaxtı.az xəbər verir ki, bunu yazıçı Firuz Mustafa bildirib.
Yazıçı döyüşə getmək istədiyini vurğulayıb:
“Soruşacaqlar kim gedər? Məsələn, biri - mən. Keçmiş tankçıyam. Onsuz da yaşıdlarımın çoxu həyatın hər üzünü görmüş adamlardır. Güllədən qorxmaq vaxtımız keçib. Həyatsa qürubda..."
O qeyd edib ki, gənclər, körpələr, bir sözlə genefondumuz isə hələ yaşamalıdır.
"Ya da sırf peşəkar ordu yaradılmalı, əsgər və zabitlər yüksək maaşla təmin olunmalıdır”, - deyə Firuz Mustafa vurğulayıb.
Nuranə Daxilqızı
















