Bəzi insanlarda anadan gəlmə və ya sonradan görmə, eşitmə kimi problemlər yaranır.
Bəs Azərbaycanda görmə və ya eşitmə əngəlli insanların sayı nə qədərdir?
Bakıvaxtı.az-ın bununla bağlı sorğusuna cavab olaraq Azərbaycan Dövlət Statistika Komitəsindən bildirilib ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin məlumatlarına əsasən 2024-cü ilin əvvəlinə ölkənin tibb müəssisələrində görmə qabiliyyətinin tam və ya qismən məhdudluğu diaqnozları ilə 16.5 min, qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri diaqnozu ilə isə 32, 1 min xəstə qeydiyyatda olub.
Mina Mikayılova
















