• Bakı 13° C

    8.33 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

"Formula-1" Ağdama köçürülsün - Ekspertdən MARAQLI TƏKLİF

CƏMİYYƏT

06 Iyun 2022 | 16:08 | Müəllif: Qalib İbrahimoğlu

"Formula-1" Ağdama köçürülsün - Ekspertdən MARAQLI TƏKLİF

““Formual-1”-in Ağdama köçürülməsi iqtisadiyyatda canlanma yaradar”.

Bakıvaxtı.az xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli bildirib.

Onun sözlərinə görə, Qarabağın, işğaldan azad edilən torpaqlarımızın canlanması, iqtisadiyyata qazandırılması, əhalinin ora köçməsinin stimullaşdırılması üçün kreativ qərarlara ehtiyac var, ənənəvi büdcə hesabına bərpa modeli effekt verməyəcək, iqtisadi canlanma yaratmayacaq – ancaq büdcə hesabına iqtisadi fürsətlər yaratmaq mümkün olsaydı ölkənin digər rayonlarında da son 30 ildə inkişaf və iqtisadi canlanma görərdik: “Belə addımlardan biri “Formula-1” yarışlarının Ağdama köçürülməsi ola bilər. Şəhər içində gözəl trek tikmək, maraqlı marşrut təşkil etmək olar".

Ekspert hesab edir ki, bu, həm dünyanın diqqətini Qarabağın bərpasına yönəltmək, həm iqtisadi canlanma yaratmaq, investisiyalar cəlb etmək üçün maraqlı, doğru addım olardı, həm də Bakının yükü azalar, şəhər əhalisinin "Formula-1" çiləsinə son verərdi: "Yarışlar olmayanda il boyu o trek yüksək sürətlə maşın sürmək istəyən vətəndaşlar üçün əyləncə, yarışma yeri, həm də Ağdamlıların ənənəvi avtomobil sevdası yeni xidmətlərin, yeni maşın bazarının yaranmasına səbəb olardı...”

Nuranə Daxilqızı

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026