• Bakı C

    2.39 m/s

  • USD - 1.7

    EUR - 1.8409

    RUB - 0.0183

Fransa bölgəyə hansı statusla nümayəndə göndərir? - Elmar Məmmədyarovdan AÇIQLAMA

SİYASƏT

28 Sentyabr 2022 | 16:52

Fransa bölgəyə hansı statusla nümayəndə göndərir? - Elmar Məmmədyarovdan AÇIQLAMA

Fransa Ermənistan və Azərbaycanın sərhədindəki vəziyyəti qiymətləndirmək üçün bölgəyə nümayəndə heyəti göndərəcək.

Bakıvaxtı.az xəbər verir kİ, bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekornyu “Twitter” paylaşımında bildirib. Onun sözlərinə görə, ötən gün Ermənistanın müdafiə naziri Suren Papikyanla aralarında baş tutmuş görüş zamanı Azərbaycan-Ermənistan sərhədində baş verənlər müzakirə edilib.

"Mövcud vəziyyəti dəyərləndirmək üçün Ermənistana nümayəndə heyəti göndəriləcək", - deyə Fransanın müdafiə naziri qeyd edib.

Maraqlıdır, Fransa bölgəyə hansı statusla nümayəndə göndərir?

Məsələ ilə bağlı Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov Bakıvaxtı.az-a bildirib ki, Fransanın bölgəyə səfəri Ermənistan tərəfindən olacaq:

“Məndə olan məlumata görə, Azərbaycan tərəfi hələ Fransanın bu qərarına razılıq verməyib. Ermənistan höküməti buna icazə veribsə, bu, onların daxili işidir".

Minsk qrupunun dağılması məsələsinə gəlincə, Məmmədyarov ATƏT-in bu barədə qərarı olmadığını da deyib: "Texniki baxımdan Minsk qrupunun fəaliyyətini dayandırmaq çətin bir iş deyil. Fikir verirsinizsə, istər Rusiyanın, istər ABŞ-ın, istərsə də Fransanın bölgəyə gələn nümayəndələri fərqli təşkilatların təmsilçiləri olurlar. Bu baxımdan Fransanın da bölgəyə göndərəcəyi nümayəndənin Minsk qrupunun adından olmayacağı aydındır”.

Nuranə Daxilqızı


SON XƏBƏRLƏR

28 Mart 2024