• Bakı 10° C

    6.85 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Fransa Makrona güvənmir: Etirazlar davam edəcək

SİYASƏT

03 Iyul 2023 | 14:09 | Müəllif: Qalib İbrahimoğlu

Fransa Makrona güvənmir: Etirazlar davam edəcək

"Fransada baş verən hadisələr bu ölkənin digər xalqlara qarşı həyata keçirdiyi dözümsüz münasibəti açıq-aşkar ortaya qoydu".

Bu barədə Bakivaxti.az-a millət vəkili Ceyhun Məmmədov deyib.

Deputat vurğulayıb ki, dünyaya "insan hüquq və azadlıqları"ndan "dərs" keçməyə çalışan, özünü "demokratik dəyərlərə sadiq dövlət" kimi göstərmək istəyən, Ermənistanın “böyük bacısı” rolunda davamlı olaraq Azərbaycanı "etnik təmizləmədə" günahlandıran bir ölkənin özünün hansı mahiyyətə malik olduğunu gördük:

"Fransada ən adi insan hüquq-azadlıqlarına belə əməl olunmur. Bu gün dünyanın hər bir ölkəsində medianın sərbəst fəaliyyət göstərməsi üçün hökumətlər tərəfindən zəruri tədbirlər görülür, şərait yaradılır. Media istənilən ölkədə, xüsusən Avropa dövlətlərində sərbəst fəaliyyət göstərir, heç bir yerdə buna qarşı məhdudiyyət tətbiq olunmur. Fransada isə Azərbaycan televiziyasının əməkdaşlarına qarşı zorakılıq edilir, kameraları götürülür. Kameralar tələb edildikdə isə azərbaycanlı media nümayəndələrini silahla hədələyirlər”.

Deputat hesab edirəm ki, bu, həm də Fransanın hazırkı prezidenti Emmanuel Makronun hansı siyasəti həyata keçirdiyini, hansı bacarığa və səriştəyə malik olduğunu göstərir: “Bu, onu göstərir ki, Fransa demokratik ölkə deyil. Orada jurnalistlərin sərbəst fəaliyyəti üçün şərait yaradılmır, məhdudiyyətlər qoyulur. Bununla yanaşı, Fransada günahsız insanlar qətlə yetirilir"

C.Məmmədov qeyd edib ki, Fransada təşkil olunan etiraz aksiyalarında sadəcə müsəlmanlar deyil, hətta fransızlar da iştirak edirlər, öz narazılıqlarını açıq şəkildə bildirirlər:

"Bir neçə gündür, qarşıdurma səngimir. Bu da fransızların öz hökumətinə etimadının, inamının itməsinin göstəricisidir. Fransa xalqı hazırkı prezidentə güvənmir. Biz bunu "sarı jiletlilər"in aksiyaları zamanı, pensiya islahatları dövründə də görmüşük”.

Ceyhun Məmmədov: Fransada baş verənlər tarixin ən utancverici, xoşagəlməz səhifəsi kimi yaddaşlarda qalacaq

Müsahibimizin fikrincə, etirazlar uzun müddət davam edəcək, çünki vətəndaşlar tam haqlıdır. Onun sözlərinə görə, hazırda Fransada baş verənlər tarixin ən utancverici, xoşagəlməz səhifəsi kimi tarixin yaddaşında qalacaq, tarix boyu qara səhifə kimi xatırlanacaq.

C.Məmmədov əlavə edib ki, Fransa həm də Qarabağa sülhün gəlməsinə mane olan bir dövlətdir:

"Ermənistanla yanaşı, Fransa da bölgədə sülhə zidd addımlar atır, rəsmi Bakıya təzyiq göstərməyə çalışır. Fransa prezidenti erməni diasporu ilə görüşündə Azərbaycan haqqında xoşagəlməz ifadələr işlədir, sərsəm açıqlamalar verir. Yaxşı olar ki, Fransa öz daxilindəki hadisələrlə məşğul olsun, bizə demokratiya dərsi keçməsin".

Qeyd edək ki, Fransada polisin 17 yaşlı gənci öldürməsindən sonra başlayan etirazlar davam edir. Minlərlə insanın iştirakı ilə Fransanın bir neçə şəhərində keçirilən aksiyalarda nümayişçilərlə polis arasında toqquşmalar baş verib. Məlumatlara görə, təkcə ötən gecə 157 etirazçı həbs edilib.

Hadisələri işıqlandıran AzTV-nin Fransada çəkiliş aparan əməkdaşlarına da hücum olub, xəsarət yetirilib, texnikaları əllərindən alınıb. Nəticədə müxbir və operator yüngül bədən xəsarətləri alıblar, çəkiliş kamerası isə əllərindən alınaraq sındırılıb. Əməkdaşlar kameranı geri tələb edərkən onları silahla hədələyiblər.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR