Ətrafımızda az sayda da olsa evlənməkdən qorxanlar, yaxud evlənmək haqqında düşünməyən şəxslər var. Bir sözlə, bəzi hallarda insanlar nikahdan və ya sadiq münasibətdən qorxurlar.
Bakıvaxtı.az xəbər verir ki. bunun tibbdə adı gametofobiya adlanır. Bağlılıq qorxusu və ya evlilik qorxusu olaraq da bilinən gametofobiya, bir insanın romantik və sosial münasibətlərinə əhəmiyyətli dərəcədə təsir edən bir vəziyyətdir. Uşaqlıq və ya yetkinlik dövründə bir ayrılıq və ya tərk etmə bunun baş verməsinə səbəb ola bilər.
Alimlər də mövzu ətrafında araşdırmalar aparıblar. Və bu xəstəlikdən xilas olmaq üçün müxtəlif təkliflər irəli sürülüb.
Ümümiyyətlə, evlilik qorxusu nədir? Bu xəstəliyin göstəriciləri nələrdir?
Gametofobiya vəziyyətində fərdlərdə hansı hallar baş verir?
Gametofobiya aşağıdakı yollarla insanların münasibətlərə mənfi təsir göstərə bilər:
Davamlı yaxın münasibətlər qura bilməmək,
Əlaqədə olarkən həddindən artıq narahatlıq yaşamaq və ya əlaqənin bitəcəyi ilə bağlı daim narahat olmaq,
Xoşbəxt bir cütlüklə görüşərkən narahatlıq hissi
Heç bir səbəb olmadan insanları özündən uzaqlaşdırmaq və ya mövcud münasibətləri qəfil bitirmək.
Gametofobiya bu kimi yollarla insanların münasibətlərə mənfi təsir göstərə bilər.
Gametofobiya simptomları hansılardır?
Gametofobiya vəziyyətində baş verə biləcək bəzi fiziki və emosional simptomlar aşağıdakılarılardır:
Bədənin titrəməsi,
Evlilik haqqında düşünəndə narahatlıq
Başgicəllənmə hissi
Evli cütlüklərdən və toylardan qaçınmaq
Həddindən artıq tərləmə (hiperhidroz)
Bağlanma hissinin öhdəsindən gələ bilməmək
Sürətli ürəkdə döyüntüləri
Nəfəs darlığının yaranması (təngnəfəslik)
Mədə narahatlığı və ya mədədə həzmsizlik (dispepsiya).
Evlilik qorxusunun səbəbi nədir?
Evlilik qorxusu adətən, kiçik yaşlardan və yeniyetməlik dövründən qaynaqlanaraq baş verir. Belə ki, xoşbəxt olmayan ailələrdə tez-tez münaqişələrin baş verməsi uşaqda evlənmək qorxusu yaradır. Elə düşünür ki, mən də evlənsəm ailəm belə olacaq. Bu səbəbdən insanda fobiya formalaşmağa başlayır.
Və yaxud da yeniyetmə dönəmlərində tərk edilmək, böyük ayrılıq yaşamaq, bir dəfə sevib yenidən sevə bilməyəcəyini düşünmək gametofobiyanın yaranmasına gətirib çıxarır.
Evlilik qorxusuna necə qalib gəlmək olar?
Gametofobiya qəbul etmək bu vəziyyətdən xilas olmaq üçün ilk addımlardan biridir. Fobiyanın kök səbəbini və onunla əlaqəli mənfi və ya zərərli inancları, düşüncə modellərini, emosiyaları və davranışları anlamaq, bağlılığa qarşı şüurlu və şüursuz reaksiyalarınızı dəyişdirməyə kömək edə bilər.
Gündəlik həyatda baş verən hadisələri qeyd etmək fobiyanın idarə edilməsində təsirli bir yol ola bilər. Evlilik qorxusunu bir mütəxəssisdən dəstək almaqla müalicə etmək də daha məqsədə uyğundur.
Bu cür üsulların tətbiqi evlilik fobiyasını aradan qaldırmağa kömək edə bilər.
Xəyalə Rza










jpg-1694767186.webp)






