• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Gəncədə mikroavtobus qəza törədib - xəsarət alanlar var

HADİSƏ

31 Oktyabr 2022 | 20:22 | Müəllif: Subhan Mahmudov

Gəncədə mikroavtobus qəza törədib - xəsarət alanlar var

Gəncə şəhərində, 3-cü mikrorayon ərazisində mikroavtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var.

Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, "QAZel" markalı mikroavtobusla "VAZ-2107" markalı avtomobilin toqquşması nəticəsində mikroavtobusda olan iki nəfər xəsarət alıb. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Mikroavtobusda Şəmkir rayonunda təsərrüfatda işləyən fəhlələrin olduğu bildirilir.

Xatırladaq ki, bir neçə saat öncə də Gəncə şəhərində sərnişin daşıyan avtobusun iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026