• Bakı 15° C

    10.53 m/s

  • USD - 1.7

    EUR - 1.9272

    RUB - 2.0463

Qaz balonu partlayışı nəticəsində yaralananlar evə buraxıldı – YENİLƏNİB

HADİSƏ

22 Mart 2025 | 12:45

Qaz balonu partlayışı nəticəsində yaralananlar evə buraxıldı – YENİLƏNİB

Gəncədə partlayışda xəsarət alan ana və övladı evə buraxılıb.

TƏBİB-dən Bakıvaxtı.az-a verilə xəbərə görə, 21.03.2025-ci il tarixində saat 17:30 radələrində 2 nəfər (kişi və qadın cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunublar.

    Bildirilib ki, pasiyentlərə üz nahiyəsinin yüngül yanıq diaqnozları təyin olunub. Onlara zəruri tibbi yardım göstərilib, ambulator müalicə üçün evə buraxılıblar.

    ***

    21.03.2025

    Gəncədə qaz balonu partlayışı nəticəsində yaralananların sayı ikiyə çatıb.

    Bakıvaxtı.az-ın məlumatına görə, qaz balonunun partlaması nəticəsində daha bir nəfər – 1966-cı il təvəllüdlü Aidə Ələkbərova da xəsarət alıb.

    O, xəstəxanaya çatdırılıb.

    Xatırladaq ki, hadisə nəticəsində onun oğlu 1995-ci il təvəllüdlü Abdulla Ələkbərov da xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

    Hər ikisinin vəziyyəti orta ağır qiymətləndirilir.

    Faktla bağlı araşdırma aparılır.

    ***

    18:36

    Gəncə şəhərində qaz balonu partlayışı nəticəsində bir nəfər yaralanıb.

    Bakıvaxtı.az-ın məlumatına görə, Cavadxan qəsəbəsində baş vermiş hadisədə müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxs 1995-ci il təvəllüdlü A. Ələkbərovdur.

    Zərərçəkmiş xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta ağırdır.

    Faktla bağlı araşdırma aparılır.


    SON XƏBƏRLƏR

    25 Aprel 2025