• Bakı 17° C

    2.69 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Narkotiklə bağlı 28 əcnəbi saxlanılıb

HADİSƏ

21 Aprel 2025 | 11:10

Narkotiklə bağlı 28 əcnəbi saxlanılıb

Bu ilin yanvar-mart aylarında narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 1068 nəfər cəlb edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məlumatında deyilir.

    Onlardan 18 yaş-1 nəfər, 18-25 yaşadək 68 nəfər, 26 - 29 yaşadək 175 nəfər, 30 yaş və ondan yuxarı isə 824 nəfər təşkil edir. Həmin şəxslərdən 1034-ü kişi, 34-ü qadın olmuşdur.

    Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 28 nəfəri xarici ölkə vətəndaşıdır.

    Məsuliyyətə cəlb edilmiş 28 xarici ölkə vətəndaşından 13-ü İran İslam Respublikası, 5-i Rusiya, 4-ü Gürcüstan, 5-i Türkiyə, 1-i Ukrayna vətəndaşı olmuşdur.

    Xarici ölkə vətəndaşlarından ümumilikdə 329 kq 497,152 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülmüşdür.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    14 Noyabr 2026