• Bakı 13° C

    6.85 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

"Gəncliyin sözü" kitabı nəşr olundu

CƏMİYYƏT

08 Aprel 2022 | 17:32 | Müəllif: Qalib İbrahimoğlu

"Gəncliyin sözü" kitabı nəşr olundu

Dünya Gənc Türk Yazarlar Birliyinin "Gəncliyin səsi" adlı kitab nəşr olunub.

Qurumun mətbuat xidmətindən Bakıvatı.az-a verilən məlumata görə, kitab DGTYB-nin Azərbaycan Respublikasının Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi "Yeni nəsil yazarların təbliği və oxu mədəniyyətinin təşviqi" layihəsi çərçivəsində işıq üzü görüb.

Yeni nəsil yazarların müxtəlif janrlarda olan yaradıcılıq nümunələrindən ibarət kitabın birinci cildində 55 nəfər yazarın qələm örnəkləri toplanıb. Kitabın gələcəkdə növbəti cildlərinin də çapı nəzərdə tutulub.

"Yeni nəsil yazarların təbliği və oxu mədəniyyətinin təşviqi" layihəsinin rəhbəri Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar, kitabın eksperti Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı, tərtibciləri DGTYB-nin idarə heyəti üzvü Tural Adışirin və DGTYB-nin üzvü Elvin İntiqamoğlu, tərtibatçı-dizayneri isə Əli Zeynalovdur.

Kitabın qarşıdakı günlərdə paytaxt və regionlarda fəaliyyət müxtəlif ali təhsil ocaqlarında və gənclər evlərində təqdimatları baş tutacaq.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR