• Bakı 23° C

    2.54 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Gömrük Komitəsindən 150 dollarlıq limitlə bağlı RƏSMİ AÇIQLAMA

CƏMİYYƏT

30 Noyabr 2023 | 12:44

Gömrük Komitəsindən 150 dollarlıq limitlə bağlı RƏSMİ AÇIQLAMA

Bir neçə gündür ölkədə xaricdən onlayn sifarişlə gətirilən mallara qoyulan limitin 300 dollardan 150 dollara endirilməsi bağlı səsləndirilən iddialar gündəm olub.

Məlumdur ki, bir çox insan paltardan tutmuş ev əşyasına qədər xarici saytlardan sifariş edir. 2020-ci ildə çıxan qərara əsasən, fiziki şəxslər ayda ümumi məbləği 300 dolları keçməmək şərtilə ilə xaricdən mal sifariş edə bilərlər.

Qeyd edək ki, 2020-ci ilə qədər bu məbləğ 1000 dollar idi.

İqtisadçı-ekspert Xalid Kərimli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, bununla bağlı yayılan xəbər şaiyədir: “Ancaq mən xaricdən onlayn sifariş edilən məhsullara tədbiq olunan limitin 300 dollardan 150 dollara endirilməsinin inandırıcı olduğunu düşünürəm. Çünki bu hal kiçik sahibkarlar üçün problem yaradır. Tacirlər sərhəddən malı keçirəndə vergi ödəyirlər. Hardada, 35-36%-ə qədər vergi çıxır. Əsasən, hazır məhsul gətirdikləri üçün 18% əlavə dəyər vergisi, 15% gömrük rüsumu, 1-2% də əlavə bəyannamə xərcləri ortaya çıxır. Karqo ilə gələndə isə belə bir vergi olmur. Onda karqo şirkətləti sahibkarlarla uğursuz bir rəqabət aparmış olur”.

Onun sözlərinə görə, kiçik sahibkarların kirayə pulu və işçi xərcləri ilə birlikdə vergi ilə bağlı çətinlikləri var: “Ödədikləri vergi onlara rəqabətdə heç bir üstünlük yaratmır. Avtomatik olaraq insanlar birbaşa xaricdən karqo vasitəsilə sifarişlər edirlər. Limitin azalması rəqabət mühiti üçün yaxşıdır. Bu vaxtilə 300 dollardan çox idi, indi 150 dollara endirilməyi inandırıcıdır”.

Dövlət Gömrük Komitəsinin mətbuat katibi Natiq Axundov Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirib ki, vətəndaşlar tərəfindən şəxsi istifadə məqsədilə, yəni istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların ölkəyə gətirilməsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 saylı qərarı ilə tənzimlənir.

N.Axundov qeyd edib ki, hazırda bu qərarda hər hansı dəyişiklik yoxdur.

Aytac Aslan


SON XƏBƏRLƏR

09 May 2025