Goranboy rayonunun Qırıqlı kəndi yaxınlığında təqribən 8 ha sahədə qamışlıq və kol-kos yanıb.
Bakıvaxtı.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
















