• Bakı 10° C

    2.48 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Bakıda bir qrup gənc iki nəfəri DÖYDÜ

HADİSƏ

21 Aprel 2022 | 10:38

Bakıda bir qrup gənc iki nəfəri DÖYDÜ

Bakıda bir qrup gənc iki nəfəri döyüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, Səbail Rayon Polis İdarəsinə aprelin 19-da saat 20 radələrində metronun “İçəri şəhər” stansiyasının yaxınlığında bir qrup gəncin Bakı şəhər sakinləri E.Bağırovu və V.Xanlarovu döymələri və E.Bağırovun mobil telefonunu almaları barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri N.Hüseynli, A.Abbasov, Sabirabad rayon sakinləri A.Şirinov, C.Qasımov, Şəki rayon sakini F.Hüseynli müəyyən edilərək saxlanılıblar.

Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026