• Bakı 10° C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Maşının altına düşən uşaq sağ qalıb - VİDEO

HADİSƏ

20 May 2022 | 19:00 | Müəllif: Subhan Mahmudov

Maşının altına düşən uşaq sağ qalıb - VİDEO

İstanbulda yoldaşları ilə küçədə oynamaq üçün yolu keçmək istəyən balaca uşağın üstündən avtomobil keçib. Xoşbəxtlikdən, uşaq xəsarət almadan xilas olub.

Bakıvaxtı.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Mövlana rayonunda baş verib. Avtomobilin sürücüsü uşağı görməyib və hərəkətinə davam edib. Uşaq isə gözlənilmədən avtomobilin altına girib. Sonra isə sağ-salamat ayağa qalxaraq digər uşaqların yanına gedib.

Baş verənlərdən təəccüblənən uşağın yaxınları qaçaraq onun yanına gəliblər. Xəsarət alıb-almadığını yoxladıqdan sonra qucaqlarına alaraq evə aparıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026