• Bakı 24° C

    4.9 m/s

  • USD - 1.7

    EUR - 1.9604

    RUB - 2.3044

Goranboyda maşın atla toqquşdu - Sürücü...

HADİSƏ

10 Dekabr 2024 | 10:28

Goranboyda maşın atla toqquşdu - Sürücü...

Goranboyda minik maşını atla toqquşduqdan sonra yoldan çıxaraq su kanalına düşüb. 

Bakıvaxtı.az xəbər verir ki, hadisə Bakı-Qazax avtomagistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb. 

Murad Fəttahovun idarə etdiyi minik avtomobili gecə saatlarında qarşısına qəfil çıxan atı vurub. Daha sonra magistral yolun arakəsmə dəmirlərinə çırpılan avtomobil idarəetmədən çıxaraq su kanalına düşüb. Hadisə yerinə çağrılan Təcili Tibbi Yardım briqadası sürücüyə tibbi yardım göstərib.

Hadisənin baş vermə səbəbləri araşdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Iyun 2026