Göygöl şəhərində fərdi yaşayış evində uçqun olub.
Bakıvaxtı.az bu barəıdəFHN-ə istinadla xəbər verir.
Məlumata görə, uçqun altında qalmış 1987-ci il təvəllüdlü Cəfərov Emin Əlivənd oğlunun meyiti FHN-in qüvvələri tərəfindən dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, axtarış-xilasetmə əməliyyatına FHN-in Gəncə Regional Mərkəzinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti, müvafiq texnikası və xüsusi təlim keçmiş xidməti it cəlb olunub.
















