• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bakıdan yola salınan köç karvanı Füzuliyə çatdı - YENİLƏNİB

CƏMİYYƏT

15 Sentyabr 2023 | 14:20 | Müəllif: Qalib İbrahimoğlu

Bakıdan yola salınan köç karvanı Füzuliyə çatdı - YENİLƏNİB

Sentyabrın 15-də Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınan növbəti köç karvanı artıq Füzuli şəhərinə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, onları Qarabağ İqtisadi Rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşı Eldar Seyidov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Repatriasiya Departamentinin direktoru Natiq Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.

Bu gün rayonun daha 73 sakini doğma yurda qayıdıb. Bununla da Füzuli şəhərində 144 ailə, yəni 514 nəfərin daimi məskunlaşması təmin edilib.

 

07:22

Bu gün daha 25 ailə (73 nəfər) Füzuli şəhərinə köçürülür.

Bakıvaxtı.az  xəbər verir ki, Bakı şəhərindən 20 (58 nəfər), Sumqayıt şəhərindən 4 (11 nəfər), Abşeron rayonundan 1 ailə (4 nəfər) Füzuli şəhərinə köçürüləcək.

Bugünkü köç də nəzərə alınmaqla Füzuli şəhərinə cəmi 144 ailə (514 nəfər) köçürülmüş olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026