• Bakı 13° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Xaçmazda çökmüş körpünün yerində yenisi tikiləcək - RƏSMİ

CƏMİYYƏT

15 Sentyabr 2023 | 13:59 | Müəllif: Qalib İbrahimoğlu

Xaçmazda çökmüş körpünün yerində yenisi tikiləcək - RƏSMİ

Bu gün səhər saatlarında Xaçmaz rayonunda təbii fəlakət nəticəsində çökmüş körpünün yerində yeni avtomobil körpüsünün inşası qərara alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına bildirilir.

Qeyd olunub ki, bununla əlaqədar olaraq günorta saatlarında əraziyə xüsusi texnikalar cəlb ediləcək:

Məlumata görə, qısa müddət ərzində yeni körpünün inşasının həyata keçirilməsi nəzərdə tutulub. Sürücülər müvəqqəti olaraq alternativ yol kimi Xaçmaz rayonu, Qımılqışlaq kəndi ərazisindən keçən yoldan istifadə edə bilərlər.

Qeyd edək ki, intensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları respublika əhəmiyyətli Gəndob-Xaçmaz-Yalama-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 27-ci km-də, Qudyalçay üzərində yerləşən və 1974-cü ildə inşa edilmiş avtomobil körpüsündə çökməyə səbəb olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR