• Bakı 13° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Koronavirusun yeni variantı Azərbaycanda da yayılıb? -NAZİRLİK AÇIQLADI

CƏMİYYƏT

15 Sentyabr 2023 | 14:04 | Müəllif: Qalib İbrahimoğlu

Koronavirusun yeni variantı Azərbaycanda da yayılıb? -NAZİRLİK AÇIQLADI

"Hazırda Azərbaycanda koronavirusun "Eris" variantının yayılması barədə rəsmi məlumat yoxdur".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperi, infeksionist Vasif Əliyev deyib.

    Onun sözlərinə görə, hazırda qonşu ölkələrdə COVID-19-un yeni variantı aşkarlanıb:

    "COVID-19-un yeni ştammı, həmçinin qrip, digər respirator infeksiyalar nisbətən yüngül formada keçdiyindən xəstələr əksər hallarda test vermək üçün xəstəxanaya və poliklinikalara müraciət etmirlər, ev şəraitində simptomatik müalicə alırlar. Bu isə öz növbəsində belə infeksiyalara yoluxmuş insanların rəsmi qeydiyyata alınmasını çətinləşdirir".

    "Vətəndaşlarımıza bildirmək istərdik ki, bütün respirator infeksiyalardan qorunma tədbirləri eynidir. Sanitar və gigiyenik qaydalara riayət edilməsi vacibdir. Bura sosial məsafənin gözlənilməsi, xəstə insanın ev şəraitində izlənilməsi, əl təmizliyi kimi qaydalar və.s. aiddir", - deyə həkim qeyd edib./apa


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR