• Bakı 25° C

    3.03 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

Güclü külək və sel təhlükəsi ilə bağlı əhaliyə ÇAĞIRIŞ

CƏMİYYƏT

26 Iyul 2024 | 16:03

Güclü külək və sel təhlükəsi ilə bağlı əhaliyə ÇAĞIRIŞ

Milli Hidrometeorologiya Xidməti tərəfindən iyulun 27-si səhərdən 29-u səhərədək ölkə ərazisinin əksər bölgələrində gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Bakıvaxtı.az xəbər verir ki, xidmət rəisi Nazim Mahmudov sarı və narıncı xəbərdarlıqla bağlı əhaliyə müraciət edərək onları təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.

    “Vətəndaşlara tövsiyə edirik ki, hava ilə bağlı xəbərdarlıqları və məlumatları diqqətlə izləsinlər, əlverişsiz hava şəraitində ehtiyatlı olsunlar, hündür ağacların altında dayanmasınlar, nəqliyyat vasitələrini irigövdəli ağacların altında saxlamasınlar, təhlükəsizlik qaydalarına ciddi əməl etsinlər”.

    Xidmət rəisi bölgələrdə, xüsusilə dağlıq və dağətəyi rayonlarda gözlənilən leysan xarakterli intensiv yağıntıların yarada biləcəyi sel təhlükəsi ilə bağlı da əhalini ehtiyatlı olmağa, çayların sahilindən uzaq, təhlükəsiz yerlərdə dayanmağa, sel hadisəsi zamanı çayların yaxınlığında dayanıb prosesi izləməməyə, eyni zamanda hava haqqında verilən məlumatlara, xüsusən xəbərdarlıqlarla bağlı çağırışlara diqqət yetirməyə çağırıb.


    SON XƏBƏRLƏR

    07 Sentyabr 2024