• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Güclü maqnit qasırğası başlayıb - XƏBƏRDARLIQ

DÜNYA

11 May 2024 | 10:00

Güclü maqnit qasırğası başlayıb - XƏBƏRDARLIQ

ABŞ hökuməti 2003-cü ilin oktyabrından bəri ilk dəfə olaraq G5 geomaqnit qasırğası və Yerdən 17 dəfə böyük olan Günəş ləkələri barədə xəbərdarlıq edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) Kosmik Hava Proqnozları Mərkəzi (SWPC) məlumat yayıb.

Məlumata görə, fırtına elektrik şəbəkələrinə, peyklərə və yüksək tezlikli radio rabitələrinə müdaxilə edə bilər. Günəş fəaliyyəti kosmosda hərəkət edən və nəticədə Yerə çatan enerjinin sərbəst buraxılmasını əhatə edir.

Qeyd olunur ki, ABŞ-ın kritik infrastruktur operatorları müvafiq bildiriş alıblar.Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026