• Bakı 22° C

    3.84 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Güclü qar nəticəsində ölənlərin sayı 8-ə çatıb

DÜNYA

23 Dekabr 2022 | 13:37

Güclü qar nəticəsində ölənlərin sayı 8-ə çatıb

Dekabrın 17-dən Yaponiyanın şimal və qərb əyalətlərində yağan güclü qar getdikcə şiddətlənir.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, Yaponiya Yanğın və Fəlakət İdarəetmə Agentliyindən verilən açıqlamaya görə, güclü qar yağışı nəticəsində baş verən fəlakət və qəzalarda həyatını itirənlərin sayı 8-ə, yaralıların sayı isə 45-ə yüksəlib.

İşikava əyalətinin Kanazava şəhərində səhər saatlarına qədər qarın qalınlığının 20 santimetrə çatdığı bildirilib.

Qarın qalınlığı Hokkaydonun Otoineppu şəhərində 20 santimetr, Toyama əyalətinin Takaoka şəhərindəki Fuşikidə 17 santimetr, Koçi şəhərində isə 12 santimetr ölçüldü. Şənbə günü səhərə qədər qarın qalınlığının Hokurikuda metrlərə, Niiqata əyalətində 90 santimetrə, Tohoku, Tokay və Çuqokuda isə 70 santimetrə çatacağı gözlənilir.

Güclü qar səbəbindən qatarların hərəkəti də dayandırılıb.

Yaponiya Meteorologiya Agentliyindən (JMA) verilən açıqlamada güclü qarın nəqliyyatın hərəkətinə mane ola biləcəyi və elektrik enerjisinin kəsilməsinə səbəb ola biləcəyi ifadə edilərək, əhali ehtiyatlı olmağa və 26 dekabr Bazar ertəsi gününə qədər qeyri-vacib səyahətlərdən çəkinməyə çağırılıb.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026