• Bakı 25° C

    5.27 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Günəşdə ardıcıl şiddətli partlayışlar oldu

CƏMİYYƏT

11 Avqust 2023 | 10:12

Günəşdə ardıcıl şiddətli partlayışlar oldu

Günəşin səthində iki ardıcıl partlayışlar geomaqnit qasırğası yaradıb.

Bakıvaxtı.az xəbər verir ki, ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) Kosmik Hava Proqnozları Mərkəzi (SWPC) və Kosmik Agentliyi (NASA) məlumat yayıb.

Məlumata görə, qeydə alınan partlayışlar ən ağır səviyyə kateqoriyasına şamil olunub. Partlayışlar Günəşdən iki böyük kütlənin ayrılmasına və nəticədə geomaqnit qasırğasının yaranmasına səbəb olub.

Yerə çatan geomaqnit qasırğasının mənfi təsirləri bir sıra ölkələrdə hiss olunur. Bundan başqa, qasırğanın Şimali Amerikanın bəzi bölgələrində kommunikasiyalara mənfi təsir göstərəcəyi proqnozlaşdırılır.

NASA-nın açıqlamasına görə, Günəşin səthindəki püskürmələr kosmik gəmilər və astronavtlar üçün təhlükəli olan güclü enerji dalğaları yaradır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026