• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Gürcüstan XİN Azərbaycan səfirliyinə hücumu pislədi

DÜNYA

27 Yanvar 2023 | 15:15

Gürcüstan XİN Azərbaycan səfirliyinə hücumu pislədi

“Azərbaycanın İrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyirik”

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə Gürcüstan XİN-dən bildirilib.

“Hər hansı diplomatik nümayəndəliyə qarşı hər hansı zorakılıq hərəkəti tamamilə qəbuledilməzdir. Faciə qurbanının ailəsinə başsağlığı veririk”, - məlumatda vurğulanıb.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.

Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026