• Bakı 12° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Gürcüstana qarşı sanksiyalar tələbi artır

DÜNYA

23 May 2024 | 15:36 | Müəllif: Gülşən Şərif

Gürcüstana qarşı sanksiyalar tələbi artır

Estoniya, Hollandiya, Çexiya və İsveç Gürcüstana qarşı məhdudlaşdırıcı tədbirlərin görülməsini tələb edirlər.

Bakıvaxtı.az "Financial Times"a istinadən xəbər verir ki, gələn həftə Aİ xarici işlər nazirlərinin  iclası keçiriləcək.

İclas çərçivəsində Gürcüstan vətəndaşlarının Aİ-yə vizasız gediş-gəlişinin dayandırılması, məqsədyönlü sanksiyalar və Aİ fondlarının dondurulması məsələləri müzakirə olunacaq.

Aİ rəsmilərinə görə, "xarici agentlər" qanunu Gürcüstanın üzvlük prosesinə maneə yaradacaq. Gürcüstanın Rusiyaya meylli olmaması üçün sanksiyaların tətbiqinə ehtiyac var. 

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026