• Bakı 7° C

    3.97 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Hadisə və Mehmet Dinçerler evlərini ayırdılar

MƏDƏNİYYƏT

12 Sentyabr 2022 | 23:57 | Müəllif: Subhan Mahmudov

Hadisə və Mehmet Dinçerler evlərini ayırdılar

Türkiyənin pop ulduzu Hadisə və biznesmen həyat yoldaşı Mehmet Dinçerler evlərini ayırıblar.

Bakıvaxtı.az oxu.az-a istinadən bildirir ki, cütlük aralarındakı problemi həll etmək üçün bir müddət ayrı qalmaq qərarına gəlib.

Onlar dünən axşam getdikləri toydan çıxarkən görüntüləniblər. Maşınına tərəf gedən Dinçerler Hadisə ilə evliliyinin yolunda getməməsi ilə bağlı sualları cavabsız qoyub. Eyni zamanda, sürətlə oradan uzaqlaşan iş adamının barmağında yenə nişan üzüyünün olmaması diqqət çəkib.

Xatırladaq ki, Hadisənin konsertində "Küçük bir yol" mahnısının "O sen olsaydın yanımda" hissəsini oxuyarkən ağlaması, barmağında nişan üzüyünün olmaması, həmçinin həyat yoldaşı Dinçerlerin də açılış mərasiminə nişan üzüyü taxmadan, tək gəlməsi onların evliliyində problem yaşadıqları ilə bağlı dedi-qodulara səbəb olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026