Hakerlər Avropanın aparıcı silah istehsalçılarından olan MBDA Missile Systems şirkətinin məlumatlarını ələ keçirərək, həmin məlumatları internetdə satışa çıxarıblar.
Bakıvaxtı.az xəbər verir ki, MBDA onların məlumatlarının oğurlandığını təsdiqləsə də, məxfi hərbi sənədlərin heç birinin onlara aid olmadığını açıqlayıb.
Mərkəzi Fransada olan və bütün Avropada fəaliyyət göstərən şirkət, məlumatların oğurlanmış xarici yaddaşdan götürüldüyünü bildirib.
Rus və ingilis dillərində yazılmış forumlarda hakerlər 80 GB məlumatı 15 Bitcoinə (təxminən 18 min funt) satırlar.
Aytac Aslan
















