• Bakı 30° C

    0.86 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

HAMAS-dan atəşkəs təşəbbüsünə müsbət CAVAB

DÜNYA

05 Iyul 2024 | 10:02

HAMAS-dan atəşkəs təşəbbüsünə müsbət CAVAB

HAMAS beynəlxalq vasitəçilərin atəşkəslə bağlı təşəbbüsünə müsbət cavab verib.

Bakıvaxtı.az-ın CGTN İnformasiya Agentliyinə istinadən xəbərinə görə, bunu təşkilatın Beynəlxalq Əlaqələr üzrə katibi Ali Baraka açıqlayıb.

    O bildirib ki, təmsil etdiyi qurum bu istiqamətdə istənilən təşəbbüsü dəstəkləyir və hesab edir ki, bu kimi çağırışlara qarşılıqlı şəkildə əməl olunmalıdır:

    “HAMAS və digər qruplaşmalar bölgədə davamlı atəşkəsin bərqərar olması, eləcə də İsrail hərbçilərinin Qəzzadan geri çəkilməsi ilə nəticələnəcək istənilən təşəbbüsü dəstəkləməyə hazırdır. Bu səbəbdən də Misir və Qətərin atəşin dayandırılması çağırışına qoşulmağa hazır olduğumuzu bildiririk. HAMAS olaraq məqsədimiz işğalın dayandırılması və regionda davamlı sülhə nail olmaqdır. İsrail ordusu dinc əhaliyə qarşı hücumları dayandırarsa, biz də bu istiqamətdə üzərimizə düşən vəzifələri yerinə yetirəcəyik”.


    SON XƏBƏRLƏR

    07 Iyul 2024
    06 Iyul 2024