Xalq artisti Cavan Zeynallı həyat yoldaşı Röya Zeynallının vəfatından sonra danışmamasının səbəbini açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, "Space maqazin" ifaçının evinə yollanıb. C.Zeynallı danışmaq istəmədiyini deyib:
"40 mərasimi çıxsın, efirdə danışaram. Röya xanımı çox sevirdim. Mən sağ qalmışam. Həkimlər deyirlər ki, onun haqqında danışma. Danışsan, sən özün öləcəksən. Həkimlər belə deməklə məni qorxudublar. Ağlayıram, hər gün... Efirdə necə ağlayım, deyəcəklər kişi ağlayırlar".
Qeyd edək ki, C.Zeynallının xanımı ötən ilin dekabrında vəfat edib.
















