Xəbər verdiyimiz kimi, Xalq artisti Ramiz Novruzla Yeni Yasamaldakı evində vida mərasimi keçirilir.
Bakıvaxtı.az xəbər verir ki, mərasimə qatılan Əməkdar artist Elşən Rüstəmov R.Novruzla son görüşünü belə xatırlayır:
"Özü ilə bağlı bizə ürək-dirək verirdi, "hər şey yaxşı olacaq" deyirdi. Bir dəfə yolda onu gördüm, təxminən bir ay əvvəl olardı. Teatra gedirdi. Ona yolu keçməyə kömək etdim. Onda gördüm ki, artıq səhhəti yaxşı deyil.
Çox nikbin insan idi. Heç vaxt səhhəti ilə bağlı nəsə bəlli etmirdi. Gənclərə dəstək idi. Özü ilə bağlı bizə ürək dirək verirdi ki, hər şey yaxşı olacaq. Ona görə onun xəstəliyini heç vaxt yadına salmırdım”.
Xatırladaq ki, Ramiz Novruz uzun müddət idi mədə xərçəngindən əziyyət çəkirdi. O bu gecə müalicə aldığı xəstəxanada dünyasını dəyişib. /Axsam.az