• Bakı 16° C

    1.04 m/s

  • USD - 1.7

    EUR - 1.8109

    RUB - 0.0182

"Ögey ana"nın Cəmiləsi - FOTO

MƏDƏNİYYƏT-ŞOU

21 Mart 2023 | 23:54

Ögey ananın Cəmiləsi - FOTO

Aktrisa, "Ögey ana" filmindəki Cəmilə obrazı ilə tanınan Sevinc Axundova "Gündən-günə" verilişində qonaq olub. 

Bakıvaxtı.az xəbər verir ki, ailəsindən danışan aktrisa iki qız övladı olduğunu deyib. O bildirib ki, qızlarından birinə filmdəki adını - Cəmilə adını qoyub. 

S.Axundova "Ögey ana" filmindən bəhs edib:

"Çox xoşbəxtəm ki, həmin aktyorlarla bir filmdə olmuşam: Nəcibə Məlikova, Nəsibə Zeynalova, Həqiqət Rzayeva, Şəfiqə Məmmədova... Gözəl bir qrup idi. Ən çətin səhnəm suya yıxılmağım olub. Su axar idi, daşları təmizlədilər. Uşaq idim, qorxurdum. Ondan sonra Ceyhun da, mən də xəstələndik. Anam qruppanın həkimi idi, ona dedilər ki, get, spirt gətir. O, gələnə kimi Ceyhunla mən beş dəfə yıxıldıq. Axırdıq, bizi saxlayırdılar".


SON XƏBƏRLƏR