"Son zamanlar aparıcılıqdan o qədər də zövq almıram. Bunun bir neçə səbəbi var".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri aparıcı Hüsniyyə Məhərrəmli sosial şəbəkə hesabında yazıb. O, təşkil edilən tədbirlərdən gileylənib:
"Əlbəttə, uzun dövr eyni işlə məşğul olmağın, mənim kimi dinamik və enerjili adama həddindən artıq darıxdırıcı gəlməsi əsas səbəbdir. Digər səbəb isə ölkəmizdə peşakar tədbir təşkilatçılarının həddindən az olmasıdır. O təşkilatçılar ki, texniki məsələlərdən tutmuş, ssenariyə qədər, aparıcının mətninə qədər hər bir işi bilir, bacarır və tətbiq edir".
















