• Bakı 16° C

    8.24 m/s

  • USD - 1.7

    EUR - 1.8043

    RUB - 0.0181

Oqtay Əliyevin ölümü çox böyük itkidir - Murad Dadaşov

MƏDƏNİYYƏT-ŞOU

23 Mart 2023 | 12:19

Oqtay Əliyevin ölümü çox böyük itkidir - Murad Dadaşov

Oqtay Əliyevin ölümü çox böyük itkidir.

Bakıvaxtı.az xəbər verir ki, bunu bu gün Trend-ə Xəzər TV-nin baş direktoru, Xalq artisti Murad Dadaşov əməkdar mədəniyyət işçisi, "SOY Production"un baş direktoru, rejissor, teleprodüser Oqtay Əliyevlə vida mərasimində jurnalistlərə açıqlamasında deyib.

"Oqtay Əliyev dost, ürəkdən sevdiyimiz insan idi. Bizi bir anda tərk etdi. Ailəsinə, yaxınlarına səbr diləyirəm", - o vurğulayıb.

M.Dadaşovun sözlərinə görə, Oqtay Əliyev ona çox yaxın adam olub. "Elə bir layihə olmayıb ki, Oqtay Əliyev mənə dəstək olmasın. Onda paxıllıq hissi yox idi, hamının uğuruna sevinirdi. Onun ölümü mənim üçün çox böyük itkidir. Son vaxtlar çox yaxın adamlarımızı itirməkdəyik”, - M.Dadaşov əlavə edib.

Qeyd edək ki, Oqtay Əliyev ötən gün Saray qəsəbəsində yol qəzasında dünyasını dəyişib.


SON XƏBƏRLƏR

15 Aprel 2024