• Bakı 12° C

    2.98 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

"Əsas odur ki, qız kobud zarafat etməyi bacarsın" - Nəvai

MƏDƏNİYYƏT

21 Aprel 2023 | 16:04

"Əsas odur ki, qız kobud zarafat etməyi bacarsın" - Nəvai

Rusiyada məşhurlaşan azərbaycanlı reper Navai (Nəvai Bəkirov) xanımlarda bəyəndiyi xüsusiyyətlərdən bəhs edib.

Bakıvaxtı.az xəbər verir ki, ifaçı Rusiyanın beşinci kanalına müsahibəsində zarafatı sevən qadınları bəyəndiyini deyib:

"Ən əsası odur ki, qız çox kobud zarafatlar etməyi bacarsın. Qara yumoru çox sevirəm, ona görə də təkəm. Bəli, doğru insanı tapmaq çox çətindir. Tutaq ki, mən bir qızla vaxt keçirməyi xoşlayıram. Dostlarımla olduğu kimi onunla da ünsiyyət qurmağı xoşlayıram. İnanıram ki, yaxşı münasibətlər yalnız içəndə, yatanda, gəzəndə, istirahət edəndə olur.

Həmişə qızlara izah edirəm ki, mənimlə ən yaxın rəfiqənin yanında olduğun kimi ol. Əgər söyuş söyürsənsə söy, siqarət çəkirsənsə çək. Məhz belə olanda hər şey yaxşı olur".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026