• Bakı 9° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

"Hüquqlarımı qoruyan qurum yoxdur" - Taleh Yüzbəyov

MƏDƏNİYYƏT

21 Aprel 2023 | 15:37

"Hüquqlarımı qoruyan qurum yoxdur" - Taleh Yüzbəyov

Aktyor Taleh Yüzbəyov sənət adamlarının hüquqlarını qoruyan qrumun olmamasından gileylənib.

Bakıvaxtı.az xəbər verir ki, sənətçi bu haqda "Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər" mövzusunda keçirilən Kino forumunda çıxışı zamanı danışıb. O bildirib ki, kino adamlarının hüquqlarının qorunması üçün assosiasiya yaradılması ilə bağlı təklif versələr də, məsələ yubanır:

"Özümü yetim kimi hiss edirəm. Hüquqlarımı qoruyan bir qrum yoxdur. Bununla bağlı təklif irəli sürmüşdük. Hələ də yubanır. Bizə bu məsələdə yardım edilməsini istəyirəm. Bir assosiasiya yaradılsın, aktyorların hüquqları qorunsun".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026