• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Həkimlərdən səs-küy yaradacaq açıqlama: COVİD-19 peyvəndləri...

CƏMİYYƏT

26 Oktyabr 2021 | 15:23

Həkimlərdən səs-küy yaradacaq açıqlama: COVİD-19 peyvəndləri...

Təəssüflər olsun ki, nə vaxt virusun azaldığını düşünsək, yoluxma sayı yenidən artır. Artıq iki doza vaksin vurdurmaq da virusla mübarizədə kifayət etmir. Ona görə də, əksəriyyət üçüncü doza vaksin vurdurmaq qərarı alıb. Ancaq bir çoxları üçüncü dozanı fərqli vaksin vurdurmaq istəyir.

Bəs üçüncü dozanı fərqli vaksin vurdurmaq fikri nə dərəcədə düzgündür?

Mövzu ilə bağlı tibb elmləri doktoru Adil Qeybulla və həkim-ekspert Rasif Bağırov Bakıvaxtı.az-a danışıb.

Doktor Adil Qeybulla bildirib ki, birinci vaksinasiyadan altı ay keçdikdən sonra ikinci doza digər vaksin forması vurula bilər:

"Amma komplekst vaksin eyni olmalıdır. Misal üçün, 21-28 gün fasilə ilə vurulan vaksinlər eyni firmanın olmalıdır, amma vaksinasiyadan 6 ay keçdikdən sonra ikinci vaksin digər firmanın ola bilər. Hesab edirəm ki, vaksinasiyasının üzərindən 6 ay keçmiş şəxslər yaxşı olardı ki, iki dəfə vaksin vurdursunlar. Çünki artıq pandemiya, doğrudan da, çox aqressiv bir şəkil alır. Bütün dünya üzrə yoluxma potensialı artmaq üzrədir. Alimlərin verdiyi praqnozlara görə xəstələnmə sayı da getdikcə artacaq. Bütün bunları nəzərə alaraq, yaxşı olar ki, ikinci seans vaksinasiya başqa, ya da eyni firma olmasında asılı olmayaraq, 21-28 gün fasilə ilə ard-arda iki dəfə vurulsun. Bu, daha məqsədəuyğun olar."

Rasif Bağırov isə qeyd edib ki, bir vaksini iki və üç doza vurdursaq, yüksək nəticə əldə edə bilərik:

"Adətən, bəzi insanlar hər dozanı başqa firmadan olan vaksinlərlə vurdurur. Bu, heç də normal hal deyil. Çünki xəstəyə birinci dozanı hansı vaksinlə vurursansa, həmin vaksin ikinci dozada öz işini tamamlamağa gedir. Məsələn, birinci dozada pfizeri vurursansa təxmini, 60-65%, ikinci dozada isə 95% təsir edir. Həmçinin, vaksinlərin hazırlanbmasında müəyyən fərqlər olur. O fərqlər olduğuna görə, bu vaksin birinci və ikinci dəfə müəyyən doza yığır və xəstədə o prosesi yaradır. Bir variantı vurduqdan sonra ikincini vuranda orqanizm onu yenidən yığmağa məcbur olur. İkincidə daha yüksək səviyyəyə gətirməlidir, ancaq fərqli vaksinlər olduqda alınmır. Bu düzgün yanaşma deyil, ona görə bir vaksin növünü iki və yaxud üç dozada istifadə etsən, yüksək nəticə əldə edə bilərsən".

Aytac Aslan

 


Həkimlərdən səs-küy yaradacaq açıqlama: COVİD-19 peyvəndləri...
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026