• Bakı 22° C

    5.44 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Hələbdə yaşayış binası çökdü - Ölənlər var

DÜNYA

22 Yanvar 2023 | 16:43 | Müəllif: Subhan Mahmudov

Hələbdə yaşayış binası çökdü - Ölənlər var

Suriyanın ən böyük şəhəri Hələb yaxınlığında beşmərtəbəli yaşayış binasının uçması nəticəsində biri uşaq olmaqla, azı 10 nəfər həlak olub.

Bakıvaxtı.az xarici KİV-lərə istinadla xəbər verir ki, yaşayış binasında 30-a yaxın insanın yaşadığı bildirilib.

Binanın uçmasında səbəb kimi suyun sızması nəticəsində bünövrənin aşınması ehtimal edilir.

Hazırda xilasedicilər dağıntılar altında sağ qalanları və cəsədləri axtarır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026